Təngivan kəndi Lənkəran-Lerik şose yolunda, Lənkəran şəhərindən 17 km cənub-qərbdə yerləşir [1]. Lənkəran çayı kəndi iki hissəyə ayırır: aşağı və yuxarı Təngivan adlanan ərazilər.
Talış dilində kəndin adı “Tanqıvon” adlanır [2]. Coğrafiya elmlər doktoru, professor Nadir Məmmədovun məlumatına əsasən, kəndə bu ad onun coğrafi mövqeyinə, yerləşdiyi ərazinin coğrafi xüsusiyyətinə, formasına görə verilmişdir [1].Təngivan “tənqəron” (talışca “tanq” – dar, ensiz, “ron” – yollar deməkdir) və ya “tanqavon” (talışca “tanq” – dar, ensiz, “von” – yer mənasını verir) sözlərindən götürülmüş, “dar, ensiz yer” mənasını daşıyır.
XIX əsin əvvəllərində Təngivan kəndi ərazisinə Çükəşon qəbiləsi köçüb və burada məskunlaşıb. İndiyənədək bu qəbilənin nümayəndələri kənd ərazisində yaşayırlar [3].
Hal-hazırda əhali əsasən taxılçılıq, heyvandarlıq, meyvəçilik və tərəvəzçilik ilə məşğul olur [1].
1915-ci ildə Təngivan kəndində 45 nəfər yaşayırdı [4]. 2017-ci ilin statistik məlumatına əsasən, bu kənddə 740 nəfər yaşayırdı [1].
Ədəbiyyat:
- Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
- İldırım Şükürzadə. Lənkəran toponimləri. Bakı-2012.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Кавказский календарь на 1915 год. Тифлис-1914.