SON XƏBƏRLƏR

“Sonalar bağı” Lənkəran şəhərində, dənizkənarı sahədə, dəmiryol vağzalından 10 metr aralıda yerləşir. Bağ 1968-1970-ci illərdə salınıb. Bu park Xalq artisti Hacıbaba Bağırovun anası, rejissor Cəmil Quliyevin nənəsi olan Sona Quliyevanın və yerli əhalinin vəsaiti hesabına tikilib. Sonradan yerli əhali parkı “Sonalar bağı” adlandırıb [1].

Cəmil Quliyevin sözlərinə görə: “Lənkəranda dənizkənarı sahədə, dəmiryolunun yanında böyük bir bataqlıq var idi. Sona xanım iməcilik yolu ilə, hərbçilərin, o zamankı Dəmiryolu idarəsinin işçilərinin köməyilə həmin o bataqlığı qurudur və onun yerində böyük bir bağ saldırır. O bağda abadlıq işləri aparılır, gül-çiçək, ağaclar əkilir, insanların istirahəti üçün istənilən cür şərait yaradılır” [2].

Əvvəllər bu bağın ərazisində attraksionlar var idi. Həmçinin SSRİ-nin müxtəlif bölgələrindən gətirilən nadir kollar, güllər əkilmişdi [1].

Sona Cəmil qızı Quliyeva 1948-ci ildə göndərişlə Lənkərana gəlib və burada Şəhər Sovetinin və Rayon Sovetinin sədrinin müavini, daha sonra sədri vəzifəsində işləyib. O, 1930-1940-ci illərdə Cəlilabad Rayon Sovetinin katibi idi. Sona xanım “Xalqlar dostluğu” və “Şərəf nişanı” ordeni ilə təltif olunub. Sona Quliyeva Böyük Vətən Müharibəsində iştirak etdiyinə görə “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbə medalı” və s. medallarla təltif edilib. O, iki dəfə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanı ilə mükafatlandırılıb. Sona Quliyeva 2006-cı ildə 96 yaşında vəfat edib [2].

Ədəbiyyat:

  1. https://ne-np.facebook.com/AzadAzerbaijanTV/videos/sonalar-ba%C4%9F%C4%B1-xalq-artistinin-anas%C4%B1n%C4%B1n-sald%C4%B1%C4%9F%C4%B1-ba%C4%9F%C4%B1n-ac%C4%B1nacaql%C4%B1-v%C9%99ziyy%C9%99ti/3126925200963951/
  2. https://moderator.az/cemiyyet/407978/hacibaba-bairovun-anasinin-menim-nenemin-saldirdii-sonalar-bai-xarabalia-cevrilib/
abadla.d;rma
Yollarda vəziyyət

Şəhərdə abadlaşdırma işləri görülür

Lənkəranda yol kənarlarına bordürlər quraşdırılır. Bu haqda bu gün, 24 mart tarixində Cenublu.az xəbər verir. Şəhərin abadlaşdırılması məqsədilə yollarda təmir-bərpa işləri görülür. Nizami və Zərifə Əliyeva küçələrinin kəsişməsində yerləşən yolda

abadla.d;rma
Yollarda vəziyyət

Şəhərdə abadlaşdırma işləri görülür

Lənkəranda yol kənarlarına bordürlər quraşdırılır. Bu haqda bu gün, 24 mart tarixində Cenublu.az xəbər verir. Şəhərin abadlaşdırılması məqsədilə yollarda təmir-bərpa