SON XƏBƏRLƏR

Şürük kəndi Lənkəran rayonunun mərkəzindən 7 km cənub-qərbdə, Lənkəran-Astara şose yolunda yerləşir. Bu kənd iki hissədən ibarətdir: Bala Şürük və Şürük.

Şürük kəndi talış dilində “şü” (ər) və “rük” (kiçik, balaca), yəni “kiçik, balaca ər” deməkdir [1]. Türk dillərində kəndin adı “cavan şam ağacı” və “gavalı ağacı” mənasını verir [2].

Maarif xadimi Şükür Şükürovun məlumatına görə, kənd təxminən XVIII əsrin sonlarında formalaşmışdır. Bu kənddə bir zaman dəyirman salınmışdır. Dəyirmanı rus əsilli bir şəxs işlədirdi. Deyilənə görə, yerli əhali onu Şurik adlandırırdı. O, burada məskən salmış və ağac emalı ilə məşğul olmuşdur. Buraya qonşu kəndlərdən gələnlər yolda bir-birindən soruşardılar “Haraya gedirsən?”, cavabında isə “Şürükün dəyirmanına” deyərdilər. Şükürovun fikrincə, bu kəndin adı dəyirmanı işlədən şəxsin adı ilə bağlıdır [1].

Kəndin adını, həmçinin tayfa başçısı Şahruxun adı ilə də bağlayırlar. Şahruxun mülkiyyət sənədləri XVIII əsrə aid edilir. Əslində ərəbcə onun əsl adı Şeyx Ruknəddin idi, lakin onu Şıx Ruki, Şıx Ruk, Şahruk, Şahrux və s. kimi adlandırırdılar. Şahrux ata tərəfdən Astara şeyxləri nəslindən, ana tərəfdən isə Mehrani Ənuşirəvani tayfasından idi. Hazırda Kosalar və Şürük kəndlərində Şıx Sılmon (Suleyman) tayfası qalır, həmin tayfa Şıx Rukinin (Şahruxun) törəmələri sayılır [4].

Hal-hazırda Şürük kəndinin əhalisi əsasən tərəvəzçilik, çayçılıq, heyvandarlıq və taxılçılıq ilə məşğuldur [1].

1915-ci ildə Şürük kəndində 98 nəfər yaşayırdı [3]. 2017-ci ilin statistik məlumatına görə, kəndin əhalisi 1440 nəfər təşkil edirdi [1].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. İldırım Şükürzadə. Lənkəran toponimləri. Bakı-2012.
  3. Кавказский календарь на 1915 год. Тифлис-1914.
  4. https://ambur.az/suruk-kendinin-tarixi
Foto Cenublu.az
Foto Cenublu.az
Zirvə Astara
Sport

“Zirvə Astara” böyük hesabla qələbə qazanıb

Azərbaycan Basketbol kubokunda iştirak edən “Zirvə Astara” rəqibini meydançaya çıxmağa peşman edib. Bu haqda bu gün, 23 mart tarixində Cenublu.az xəbər verir. B qrupunda “Olimpik Şəki” “Zirvə Astara” ilə qarşılaşıb.