SON XƏBƏRLƏR

“Nənələr” folklor və rəqs ansamblı, Lənkəran rayonunun Separadi kəndindəndir. Ansamblın əsası 1970-ci ildə qoyulub və 1982-ci ildən rəsmi olaraq fəaliyyətə başlayıb. Qrupun repertuarında Azərbaycan və talış dillərində səslənən 100-ə qədər xalq mahnısı və bayatılar var. Onlardan ən məhşuru “Ay lolo” mahnısı, 2012-ci ildə “Grand” mükafatına layiq görülüb.

Əvvəl ansambl “Bacılar” adlanırdı, lakin 1997-ci ildə Heydər Əliyev, Lənkərana səfəri zamanı qrupa “Nənələr” adı verib. Qrup təzə yarananda 4 bacıdan ibarət idi. Keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayev tərəfindən qrupa “Xalq kollektivi” adı verilmişdir.

Qrupda heç kəsin musiqi təhsili yoxdur. Onların valideyinləri də ifaçı olublar. Uşaq yaşlarından “nənələr” bu sənəti öyrəniblər. 91 yaşlı Quliyeva Xanımbacı qrupun birinci və ən yaşlı ifaçılarındandır. Onun sözlərinə görə, anaları qoyun və keçi dərisindən onlara dəf düzəldərdi. Hər gecə uşaqlar evlərinə yiğılardı və çalıb oynayardılar.

Qrupun hazırda 6 üzvü var: bacı olan 2 qaynana, onların 2 gəlini və gəlinlərin gəlinləri. Tez-tez bacılardan birinin həyətində oturub məşq edirlər. Mahnı oxuyan zaman iki bacının əlində dəf (barmaqla çalınan musiqi aləti) olur.

“Nənələr” dəfələrlə respublika telekanallarının qonağı olub və bütün bayramlara, musiqi festivallarına dəvət edilirlər. “Nənələr” 12-13 may 2021-ci ildə Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalında da iştirak ediblər.

Mənbələr:

  1. Get closer to Azerbaijan s. 303
  2. Azəbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın folklor paytaxtları S. 11-12
  3. Lənkəran Dövlət Humanitar Kolleci Azəbaycan Xalq Yaradıcılığı Mühazirələr S. 4
  4. https://sputnik.az/azerbaijan/20160728/406590458.html
  5. https://news.milli.az/video/175002.html
  6. http://www.anl.az/down/meqale/azerbaycan/2011/may/177303.htm