SON XƏBƏRLƏR

Kərgəlan kəndi Lənkəran rayonundan 6 km cənub-qərbdə, Lənkəran-Lerik avtomobil şose yolunda yerləşir. Yerli əhali tərəfindən “Kaqolon” kimi tələffüz edilir.

Kərgəlan kəndinin adı ilə bağlı bir neçə fikir mövcuddur. Kənd sakini Qəribəli Cəfərov və alim Ələkbər Quliyev “Kərgəlan” sözünün yaranmasını belə izah edirlər: “Talış dilində “kağə” adlanan quş vardır, azərbaycanca “çöl toyuğu” adlanır. Ovçular bura “kağə” ovuna gələrdilər. Kərgəlan, “kəğəlonə” sözündən əmələ gəlib, “çöl quşu olduğu yer” mənasını verir”. Yerli yaşlı sakinlərin dediklərinə görə, “Kələqonə”-də çöl quşları o qədər çox idi ki, ora gələnlər quşları əlləri ilə də tuta bilirdilər.

Kəndin adı “Kanqəlon” sözündən götürüldüyu, “toyuq yuvası” (talış dilində “kaq” toyuq, “lon” yuva deməkdir) mənasında işləndiyi də ehtimal olunur.

Bəzi tədqiqatçıların fikrincə, kəndin əsl adı Koqolondur və “ev tikmək üçün əkilməmiş, münbit torpaq, düzən” mənasını verir. Talış dilindən “qo” ev, “lon” yer, yəni “əkilməmiş, münbit torpaq” deməkdir.

1915-cu ilə olan “Qafqaz təqvimi”-ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Kərgəlan kədində 230 nəfər yaşayırdı. 2017-ci ilin statistik məlumatına əsasən, kənddə 3443 nəfər yaşayırdı. Yerli əhali əsasən tərəvəzçilik, taxıçılıq və heyvandarlıqla məşğuldur.

Mənbələr: 

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
  2. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2014.
  3. Кавказский календарь на 1915 год. Тифлис-1914.

 

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Deposit
Aktual

Masallı rayon sakinində narkotik və soyuq silah aşkarlanıb

Masallı rayon sakini Şirvan şəhərində saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri