SON XƏBƏRLƏR

Talış xanlarının nəsilindən olan Mirəhməd Xan Talışlı 1913-cü ildə Tiflisdə keçirilən gözəllik yarışmasının qalibi, həyat yoldaşı Tuğra xanımın şərəfinə Lənkəranın mərkəzində ev tikdirmişdir. Bu ev, Lənkəranda ilk çoxmərtəbəli binası idi. Eyni zamanda elektrik, həmçinin mərkəzləşdirilmiş isitmə sistemi ilə təmin olunan ilk tikili idi.

Xan memara evi sifariş edərkən, onu elə tikməyi xahiş edib ki, üst mərtəbədəki otağından şəhərin mənzərəsini seyr edən həyat yoldaşını heç kim görə bilməsin. Memar, şəbəkə pəncərələri olan, incə ağ balkonlu, üç mərtəbəli bina tikmək qərarına gəlir.

Layihənin fransız və italyan memarlar tərəfindən hazırlanmasına baxmayaraq, burada milli memarlıq elementləri də istifadə olunmuşdur. Evin şimal və qərb fasadları qırmızı kərpicdən və ağ işləməli daşdan, şərq və cənub fasadları isə qırmızı kərpicdən tikilmişdir. İkinci və üçüncü mərtəbədəki rəngli şəbəkə pəncərələr, yoldan keçənlərin xanın həyat yoldaşını çöldə görməsinə icazə vermirdi.

Xan sarayı 12 otaqdan ibarət idi. Birinci mərtəbədə Mirəhməd xanın qəbul otağı və qonaq otağı, ikinci mərtəbədə Tuğra xanımın otaqları, üçüncü mərtəbədə isə mühafizəçilər və silah anbarı üçün nəzərdə tutulmuş otaqlar var idi.

Mirəhməd xan 1916-cı ildə Fransaya səfəri zamanı orada vəfat etmişdir, lakin Lənkəranda dəfn olunmuşdur. Xanın vəfatından sonra, ev Sovet hakimiyyəti tərəfindən müsadirə edilir və xanın həyat yoldaşı Tuğra xanım evdən çıxarılır. Deyilənə görə, Bakıya köçən Tuğra xanım, ömrünün sonuna kimi orada yaşayır. O, Bakıda hər kəsdən öz kimliyini gizlətməli olur və hətta bir müddət dolanışıq üçün xadimə işləyir.

Sovet dövründə Xan sarayı dövlət obyekti kimi, sonradan isə Şəhər Sovetinin binası kimi də istifadə edilib. Həmin dövrdə Tuğra xanımın cehizi olan yeddi daş venesiya güzgulərindən altısı yoxa çıxıb. Yalnız 1990-cı illərdə onlardan üçü Xan evinə qaytarılıb.

1991-ci ildən bu binada Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub Bölgəsinin abidələr ensiklopediyası 2-ci nəşr, Bakı 2020
  2. Aynur Talıbova. Get closer to Azerbaijan.
  3. https://www.youtube.com/watch?v=CC7Z3Cy16lE
  4. https://www.youtube.com/watch?v=XAaJpt-2S74
  5. http://lenkeran-ih.gov.az/page/16.html
O biri otaq
Sizi maraqlandıran

Lənkəranda “Açıq mikrofon”un növbəti görüşü keçiriləcək

Lənkəranda yerləşən “O biri otaq”da gənclərlə “Açıq mikrofon”un növbəti görüşü keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində verir. Görüş “Başla” nəşriyyatının təsisçisi Firudin Həsənovla olacaq. Həmçinin görüşdə