SON XƏBƏRLƏR

Osakücə kəndi Lənkəran şəhərindən 17 km qərbdə, Lənkəran-Boradigah şose yolunda, Talış dağlarının ətəyində, Veravulçayın sahilində yerləşir. Bəzi mənbələrdə yaşayış məntəqəsi, həmçinin “Osaküçə” kimi qeyd olunur [1,4].

Bu kəndin ilkin variantı “Osyokucə” (Osyokujə) olub, lakin sonradan ad dəyişərək, Osakücəyə çevrilib. Kəndin adı talış dilində “osyo” (dəyirman) və “kücə”(məhəllə, kənd) sözlərindən düzəlib, Azərbaycan dilinə tərcümədə “dəyirman məhəlləsi” və ya “dəyirman olan məhəllə” mənasını verir [2]. Bu kənddə su dəyirmanı olduğundan o, belə adlandırılmışdır və həmin su dəyirmanının izləri bu gün də qalmaqdadır [1].

Kəndin əhalisi, əsasən, çayçılıq, sitrusçuluq və heyvandarlıqla məşğuldur [1].

1915-ci ilə aid olan “Qafqaz təqvimi”ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Osakücə kəndində 45 nəfər yaşayıb [3]. 2017-ci ilin statistik məlumatına görə, bu kənddə 807 nəfərin yaşadığı qeyd olunub [1].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. İldırım Şükürzadə. Lənkəran toponimləri. Bakı-2012.
  3. Кавказский календарь на 1915 год. Тифлис-1914.
  4. http://gunaz.az/olke/59622-osakuce-toponm.html?fb_comment_id=3010022239010433_3012319838780673

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az