SON XƏBƏRLƏR

Kakalos kəndi Astara rayonunun eyniadlı inzibati ərazi vahidində, Astara şəhərindən 20 km məsafədə yerləşir. Kənd həmçinin “Kokolos”, “Kokalos”, “Kəkülus” və “Kəkəlas” kimi də tanınır.

Bu kəndin adı “koko” (koka) qədim türk dillərində “vəhşi, qəzəbli, quduz” deməkdir, “los” (lus) isə “çölpişiyi” mənasını daşıyır. Ehtimal olunur ki, kəndin ərazisində bir vaxt vəhşi çölpişikləri yaşadığına görə, ərazi belə adlandırılmışdır.

Yerli əhalinin sözlərinə görə, kəndin adı Şirvanşah hökmdarı I Keykavusun (1294-1317) adı ilə bağlıdır. O, bu kənddə düşərgə qurmuşdur və bir müddət yaşamışdır.

Həmçinin “Kakalos” sözü talış dilində “kə” – “ev” və “los” – “yığım”, yəni “ev yığımı” deməkdir.

Kənd sakinləri əsasən çəltikçilik, əkinçilik, çayçılıq və baramaçılıq (ipək almaq üçün ipəkqurdu becərilməsı) ilə məşğul olurlar.

1915-ci ilə olan “Qafqaz təqvimi”-də əhalinin siyahıyaalınması məlumatına əsasən, Kakalos kəndində 1628 nəfər yaşayırdı. “Region Tv”-nin (hazırda ARB) televiziya kanalının məlumatına görə, 2016-cı ildə kənddə 3518 nəfər yaşayırdı.

Mənbələr: 

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı- 2007.
  2. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. Əxbərnamə 1855. Bakı-2009.
  3. Кавказский календарь на 1915 год. Тифлис-1914.
  4. http://astara-ih.gov.az/news/350.html
  5. https://www.youtube.com/watch?v=qMqK3zsRDQ4
  6. https://sputnik.az/life/20210328/425756820/Kakalosun-canl-tarixi-rebiyye.html
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az