“Qubanın ağ alması” xalq mahnısını ilk dəfə lənkəranlı Cahan Talışinskaya ifa edib [2]. Deyilənlərə görə, bu mahnı bir vaxtlar sevdiyinin Qubaya geri dönməsini arzu edən şəxs tərəfindən yazılıb [1].
Bir versiyaya görə, Cahan xanım bu mahnını Qubada olarkən yerli qadınlardan eşidərək ozündə qeyd edib. Başqa bir versiyaya görə, ona bu mahnını akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı və Azərbaycanın ilk qadın rəssamı Reyhan xanım zümzümə edib [2].
“Qubanın ağ alması” mahnısı daha sonra Səxavət Məmmədov, Fatma Mehrəliyeva, Brilliant Dadaşova, Azərin və s. ifaçılar tərəfindən oxunub [4].
Türkiyədə azərbaycanlıların ən çox yaşadığı İğdır bölgəsində mahnı “İğdırın ağ alması” kimi ifa edilir. Bu mahnı Türkiyədə Serdar Öztürk və Necmi Rza Ahıska tərəfindən ifa olunub. Bəzən bu mahnını kürd mahnısı kimi də təqdim edirlər [3].
Ədəbiyyat: