SON XƏBƏRLƏR

Adəm Baba oğlu Baloğlanov 17 aprel 1922-ci ildə Masallı rayonunun Banbaşı kəndində anadan olub.

Baloğlanov 1 sentyabr 1941-ci ildə hərbi xidmətə çağırılıb [1]. O, İkinci Dünya müharibəsində 612-ci motoatıcı alayın, 144-cü atıcı diviziyanın, 5-ci ordunun, 3-cü Belarus cəbhəsinin tərkibində döyüşüb [1,2]. Müharibə zamanı Baloğlanov Smolensk (Rusiya), Moskva, Vitebsk (Belarus) şəhərlərinin azad edilməsi uğrunda döyüşlərdə, Vilnüs (Litva), Qumbinnen-Qoldap və Kaunas (Litva) hücumlarında, Baqration və Şərqi Prussiya əməliyyatlarında iştirak edib. Həmin döyüşlər zamanı o, üç dəfə ağır yaralanıb.

Adəm Baloğlanov Vətənin müdafiəsində və hərbi borcunu yerinə yetirərkən göstərdiyi şəxsi şücaətə görə 9 yanvar 1945-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib.

Adəm Baloğlanov 15 yanvar 1945-ci ildə Şərqi Prussiya əməliyyatı zamanı, Tutşena (indiki Vatutino) kəndinin tutulması zamanı həlak olub [1]. Baloğlanov Kalininqrad vilayətinin Nesterovski rayonunun Vatutino kəndindəki kütləvi məzarlıqda dəfn edilib [2].

Ədəbiyyat:

  1. https://www.moypolk.ru/soldier/baloglanov-adam-baba-ogly
  2. http://www.kpko.ru/warrior.php?wid=16510