SON XƏBƏRLƏR

“Bəxtiyar” filmi 1942-ci ildə Lənkərandan olan rejissor Ağarza Quliyev tərəfindən lentə alınıb [2]. Ekran əsəri İkinci Dünya müharibəsi illərində çəkilən 4 qisametrajlı bədii filmdən biri idi [1]. Bu film Bakı kinostudiyasında lentə alınıb [2].

8 aprel 1942-ci ildə “Bakinski raboçi” qəzetində “1 nömrəli Azərbaycan kino məcmuəsi” xəbər bölməsində film haqqında yazılmışdır: ““Bəxtiyar” arabaçı əsgər Bəxtiyar Kərimovun alman kəşfiyyatı dəstəsi ilə vuruşmasından danışır”. Böyük Vətən müharibəsi qəhrəmanı Bəxtiyar Kərimov 1941-ci ildən orduda xidmət edib, Krım cəbhəsindəki döyüşlərin iştirakçısı olub. O, 1942-ci ildə döyüş zamanı 11 faşist kəşfiyyatçısı ilə rastlaşmış, düşmənin 10 nəfərini silahla öldürmüş, ağır yaralanmasına baxmayaraq, sonda düşmən zabitini dişləri ilə boğmuşdur. Lakin özü də həmin döyüşdə həlak olmuşdur.

Ağarza Quliyevin sözlərinə görə, bu film çəkiləndən sonra həm Azərbaycanda nümayiş etdirilmiş, həm də cəbhəyə göndərilmişdi [1].

Ekran əsərində əsas rolları – Bəxtiyar Kərimov rolunu Möhsün Sənani, alman zabitini rolunu isə Xeyri Əmirzadə oynayıblar.

Filmin ssenari müəllifi Ənvər Məmmədxanlı, operatoru isə Əsgər İsmayılov idi [3].

Ədəbiyyat: 

  1. Aydın Kazımzadə. Kino və zaman (1923-2016). Bakı-2016.
  2. Azərbaycan kinosu 1898-2002. I cild. Bakı-2003.
  3. https://www.youtube.com/watch?v=cGpxNaXpKuY
Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər