SON XƏBƏRLƏR

XIX əsrdə Lənkəranın şərqində yerləşən Sara yarımadasında kiçik rus kilsəsi var idi. Məbəd tacir Kekin tərəfindən inşa edilmişdir.

Kilsə gil və qamışdan istifadə edilərək tikilmişdir [2]. Məbədin damı dəmir təbəqə ilə örtülmüşdür.

А.Yunitskinin Bakı quberniyasındakı kilsələr haqqında olan kitabında bu məbəd haqqında qeyd edilmişdir: “Binanın görünüşü unudulmuş kazarmanı xatırladır…Daxili dekorasiya və rəngləmə son dərəcə depressiv təəssürat yaradır…Bütün kilsə tez bir zamanda bərpa olunmasını tələb edir…”. Həmçinin kitabda yazılmışdır ki, kilsənin bərpası üçün 1900 rubl məbləğində pul ayrılmasına baxmayaraq, məbəddə yenidənqurma işləri aparılmamışdır.

Kilsədə xristian bayramlarında, bundan əlavə, ildə yalnız 2-3 dəfə xidmət keçirilirdi. Məbədə gələnlərin əksəriyyəti yerli məmurlar və rus əsgərləri idi.

Ehtimal olunurdu ki, Sara yarımadasında kilsə tikilən zaman ərazidə məktəb açılacaq və bu, Saraya daha çox sakinlərin gəlməsinə səbəb olacaq [1].

Sonralar Sara yarımadasındakı rus kilsəsi dağılmışdır [2].

Ədəbiyyat:

  1. А.Юницкий. История церквей и приходов Бакинской губернии (1815-1905). Баку-1906.
  2. https://multikultural.az/az/tolerantliq/174/lenkeranda-kilse-ve-sinaqoqlar/