SON XƏBƏRLƏR

Elşad Eynulla oğlu Hüseynov 8 oktyabr 1960-cı ildə Masallı rayonunun Xıl kəndində anadan olub.

O, 1978-ci ildə Xıl kənd orta məktəbini bitirib. Hüseynov 1978-1979-cu illərdə sovxozda fəhlə işləyib [1]. Elşad Hüseynov 1979-cu ildə Batumi şəhərinə hərbi xidmətə yollanıb. O, 1981-ci ildə ordudan tərxis olunaraq, Bakı şəhərində polis kimi işləməyə başlayıb. Hüseynov 1986-1989-cu illərdə N.Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbində (indiki Polis Akademiyası) qiyabi təhsil alıb [2].

Ermənilərin vəhşiliklərini görən Hüseynov, cəbhəyə göndərilməsi barədə bir neçə dəfə DİN-nə müraciət edib. O, 1991-ci ildən cəbhə bölgəsinə yollanıb. İlk döyüşü Füzuli və Tərtərdə baş verib. O, bu döyüşlərdə düşmənə qarşı uğurla vuruşub. Sonra Marağa, Cuvarlı, Marquşevan, Ağbulaq və başqa kəndlərin azad olunmasında iştirak edib [1].

15 iyun 1992-ci ildə Elşad Hüseynova Fərrux kəndini düşməndən azad etmək taprışığı verilir. O, döyüş yoldaşları ilə birgə səhər tezdən Ağdam istiqamətində irəliləyir. Həmin döyüşlər zamanı Elşad Hüseynov mövqeyini dəyişmək üçün səngərdən çıxarkən düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalır. Elşad Hüseynov Masallı rayonunun Xıl kəndində dəfn edilib.

8 oktyabr 1992-ci ildə Elşad Hüseynov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb [2].

Hazırda Masallı rayonunda onun adını daşıyan küçə, Xıl kəndində isə qəhrəmanın büstü mövcuddur [1,3].

Ədəbiyyat:

  1. Novruz Novruzov. Masallının şəhid oğulları. Bakı-1994.
  2. Vüqar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları. Bakı-2005.
  3. http://masalli-ih.gov.az/az/news/651.html
Astara yardım
Aktual

Astaralılardan Türkiyəyə dəstək

Astara sakinləri də qardaş Türkiyəyə yardım kampaniyasına qoşulublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir. Belə ki,