SON XƏBƏRLƏR

Zoləzo ziyarətgahı Astara rayonunun Burzubənd kəndinə gedən yolun sol tərəfində, kənd qəbiristanlığında yerləşir. Zoləzo piri ən qədim ziyarətgahlardan biri hesab olunur.

“Zoli zoə” (yəni Zoləzo) talış dilindən tərcümədə Zolinin oğlu mənasını verir. Ehtimal olunur ki, bu ziyarətgah Şeyx Zolani adlı şəxs ilə bağlıdır.

Pirin girişində türbə yerləşir. Türbə düzbucaqlı formadadır və taxtadandır.  Türbədə bir qəbir var və deyilənlərə görə, burada dəfn olunan, İranda yaşamış, Şeyx Məhəmməd adlı şəxsdir. Onun əslən ərəb mənşəli olduğu və təqiblərdən qaçaraq buraya gəldiyi deyilir. Ehtimal olunur ki, o, VIII-XI əsrdə buraya gəlmişdir.

Bu ziyarətgahda böyük ərazini əhatə edən kurqanda şeyxlər və dövrünün tanınmış şəxsləri dəfn olunub.

Ziyarətgahın ərazisində, təpənin üstündə 7 metr hündürlükdə başdaşı var. Bu başdaşı Şeyx Şəmsi adlı şəxsə məxsusdur. Onun atası Şeyx Məhyəddin əvvəllər Astara rayonunun Ovələ (Ovala) kəndində yaşamış, sonra Burzubənd kəndinə köçmüşdür. 250-300 il əvvəl bu ərazidə yaşayan tayfanın ağsaqqalı, Şeyx Şəmsi vəfat etdikdən sonra, onun məzarı ziyarətgah kimi əhalinin inanc yerinə çevrilmişdir.

16 may 1993-cü ildə Şeyx Şəmsinin nəslindən olanların köməyi ilə məzarın üzərində məqbərə ucaldılıb. Məqbərə Şeyxin qəbiri ilə yanaşı daha üç naməlum qəbirin də üstünü örtüb.

Deyilənə görə, qotur (dəri) xəstəliyi olan adamlar ziyarətgahdakı daşa özlərini sürtməklə şəfa tapırlar. Yerli əhalinin sözlərinə görə, 1990-cı illərdə burada qızıl basdırıldığını düşünərək başdaşını qazmaq istəyiblər. Bu zaman çoxlu sayda qarğa və digər quşlar bir neçə gün qazıntı aparanlara mane olublar.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları. Bakı-2005.
Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər