SON XƏBƏRLƏR

Xəzitəpə kurqanı Masallı şəhərindən 15 km şərqdə, Qızılağac kəndinin qərb tərəfində yerləşir [2,3]. Kurqan dəmir dövrünə aid edilir. Həmin kurqan, həmçinin “Həzitəpə” adlandırılır [2].

Xəzitəpə kurqanı 1964-cü ildə tarix elmləri doktoru Qara Əhmədovun başçılığı ilə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Tədqiqatçıların fikrinə görə, qədim Qızılağac kəndi ilk öncə bu kurqanın ərazisində salınıb [3].

Kurqan olan ərazidə “daşlı quyu” adlanan qədim bir quyu var. Həmin quyunun suyu bu günədək istifadə olunur.

Xəzitəpə kurqanı ölkə əhəmiyyətli dəmir dövrünə aid abidə hesab edilir [1].

Ədəbiyyat:

  1. İldırım Şükürzadə, Zahir Əmənov. Masallının tarix və mədəniyyət abidələri. Bakı-2021.
  2. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri – ziyarətgahlar. Bakı-2021.
  3. İldırım Şükürzadə. Lənkəran bölgəsinin tarixi-memarlıq abidələri. Bakı-2018.