Alar kənd məscidi Cəlilabad rayonunun eyni adlı kəndində, Bakı-Astara yolunun kənarında, kəndin mərkəzində yerləşir [1,3]. İbadətgah 1994-cü ildə yerli sakinlərin şəxsi vəsaiti hesabına inşa edilib [2]. İbadət evi Cənub bölgəsinin ən böyük məscidlərindən biri hesab edilir [1].
Məscid düzbucaqlı formadadır və mişar daşından tikilib. İbadətgahın tavanı taxtadandır və 3 dəmir sütun üzərində dayanıb. İbadət evinin damı dəmir təbəqə ilə örtülüb. Məscidin taxtadan iki giriş qapısı və dörd pəncərəsi var. İbadət evinin ön tərəfində eyvan yerləşir. Eyvan beş sütun üzərində dayanıb.
İbadətgahın 1 günbəzi mövcuddur. Bundan əlavə, məscidin 2 minarəsi var və onların hündürlüyü 17 metr təşkil edir [2].
Ədəbiyyat:
- Azərbaycan İslam mədəniyyətinin incisi. Bakı-2013.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- https://kataloq.gomap.az/az/all-poi/culture/mosque/8faca0d2d56611e0ad4900226424597d
