SON XƏBƏRLƏR

Bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir. 

Novruz bayramı zamanı bölgədə xüsusi hazırlıqlar görülür. Həyətlərdə tonqal qalanır, insanlar isə onun ətrafına yığışaraq talış dilində mahnılar oxuyur və şeir parçaları söyləyirlər. Qadınlar başlarına və bellərinə saçaqlı, rəngli parçalar bağlayaraq, mahnılar ifa edirlər [3]. Həmin gün oynanılan qədim oyunlardan biri Cənub bölgəsində “qurşaqatdı” kimi tanınan “papaqatdı”dır [4].

Cənub bölgəsində Novruz bayramı zamanı “qəndi külçə” şirniyyatı bişirilir. Həmin şirniyyat üyüdülmüş qənddən hazırlandığı üçün bu cür adlandırılır. Bu şirniyyat, həmçinin “Lənkəran külçəsi”, “vulkan külçəsi” və “partlama” adı ilə də tanınır [2].

Novruza xas olan şirniyyatlardan əlavə, süfrənin üzərinə talışların mətbəxinə aid olan təamlar qoyulur. Onlardan biri “tərə xörəyi”dir. Bu yemək yumru düyü ilə göyərtinin qarışığından hazırlanır [1]. Bundan əlavə, talışlar bayram ərəfəsində səməni halvası bişirirlər.

Professor Yədulla Ağazadənin sözlərinə görə, talışların Novruz bayramı süfrəsində qarpız olur. Bu, qışdan yaza irəliləyən dövrü əks edir.

Sovet dövründə bu bayramı qadağan etsələr də, yerli sakinlərin sözlərinə görə, onlar Novruzu gizli şəkildə qeyd ediblər [3]. 

Ədəbiyyat:

  1. http://www.anl.az/down/meqale/paritet/2010/sentyabr/134316.htm
  2. https://cenub.arbtv.az/index.php?/az/news/391
  3. https://azerbaijan-news.az/az/posts/detail/bir-cenub-seherinde-novruz-tonqali-1647725061
  4. https://www.trt.net.tr/azerbaycan/proqram/2020/03/17/h-r-iki-az-rbaycanda-v-iranda-novruz-n-n-l-ri-video-musahib-1379448