SON XƏBƏRLƏR

Abbasağa Əli oğlu Hüseynov 24 noyabr 1934-cü ildə Cəlilabad şəhərində anadan olub [1]. O, 1991-ci ildən Azərtürk təxəllüsünü götürüb [2].

Abbasağa ilk təhsilini Bakıda, 81 nömrəli fəhlə-gənclər məktəbində alıb. Daha sonra Abbasağa Azərtürk Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakültəsində oxuyub [1].

O, əmək fəaliyyətinə 1956-cı ildən “Qaradağneft” mədənində operator köməkçisi kimi başlayıb. Daha sonra Hüseynov geoloji-kəşfiyyat, baş tikinti idarələrində, şin və gəmi təmiri zavodlarında çalışıb. 1968-ci ildən başlayaraq ömrünün sonunadək Cəlilabad şəhəri 7 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb [3].

Yazıçı ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. Abbasağa Azərtürk həm klassik, həm də müasir janrlarda şeirlər yazıb. Onun şeiri ilk dəfə 1964-cü ildə çap olunub. Abbasağa Azərtürkün “Atlılar” adlı ilk kitabı 1964-cü ildə nəşr edilib. Şairin əsərləri sırasında “Mənim qismətim”, “Od oğlu”, “Anama minnətdaram”, “Cəlilabad dastanı”, “Qaraçı nəğmələri” və “Qaya sükutu” kimi kitabları qeyd etmək olar. Şair 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür [1].

Abbasağa Azərtürk 8 avqust 1998-ci ildə Cəlilabad şəhərində vəfat edib [3].

2004-cü ildə Ədalət Salmanın tərtibi və redaktorluğu ilə “Abbasağa Azərtürk xatirələrdə” adlı kitab nəşr olunub [2]. 2018-ci ildə Abbasağa Azərtürk adına Cəlilabad Poeziya Klubu yaradılıb [4]. Hazırda Cəlilabad rayonunun Göytəpə şəhərində onun adını daşıyan küçə mövcuddur.

Ədəbiyyat:

  1. Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə). Bakı-2011.
  2. https://www.adalet.az/az/writers/detail/abbasaga-azerturk-31846
  3. http://az.baku-art.com/az/bu-gun-azerbaycan-shairi-azerbaycan-yazich-lar-birliyinin-zv-abbasaga-az-rt-rk-n-do-um-g-n-d-r?highlight=c%C9%99lilabad
  4. https://www.mustaqil.az/abbasaga-az%C9%99rturk-adina-c%C9%99lilabad-poeziya-klubu-t%C9%99qdim-edir/
Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü