SON XƏBƏRLƏR

Ramazan ayı müsəlmanlara hicri təqvimi ilə 2-ci (622-ci il) ildə təyin olunub. Ramazan ayını “on bir ayın sultanı” da adlandırırlar. Buna səbəb isə Ramazan ayının gecələrindən birində Quranın nazil olmasıdır.

Ramazan ayında insanlar oruc tutmaqla Allahı sevməyi öyrənir, bundan əlavə, onlar öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı qazanırlar. Orucluq Məhəmməd Peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün ramazan ayı təyin ediləndən sonra öz tarixini başlayır.

Azərbaycanda Ramazan bayramı 1992-ci ildən dövlət səviyyəsində qeyd olunur.