SON XƏBƏRLƏR

Bahadur Atabala oğlu Əliyev 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub [2].

Əliyev orta məktəbi bitirdikdən sonra indiki ADMİU-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1956-cı ildə aktyor təyinatla “Bakı” kinostudiyasına göndərilib və orada rejissor assistenti vəzifəsinə qəbul olunub. O, 1961-ci ildən “Azərbaycanfilm”də korrektor ştatına işə götürülüb. Bahadur Əliyev 1968-1973-cü illərdə kinostudiyanın dublyaj qrupu direktorunun müavini vəzifəsində işləyib. O, 1973-cü ildən kinoaktyor ştatına keçirilib [1].

Bahadur Əliyev 39 illik fəaliyyəti dövründə 80-ə yaxın filmdə rol alıb, həmçinin ekran əsərlərinin  səsləndirilməsində də iştirak edib [1,2]. Onun çəkildiyi filmlər sırasında “Sehirli xalat”, “Ulduz”, “Bizim Cəbiş müəllim”, “Babək”, “Əlibaba və qırx quldur”, “Abdulla”, “İstintaq davam edir”, “Uşaqlığın son gecəsi”, “Yenilməz batalyon” kimi ekran əsərlərini qeyd etmək olar. “Ulduz” filmində Bahadur Əliyevin yaratdığı kolxoz sədri “Qədir” obrazı aktyorun ən yaxşı rollarından biri hesab edilir [4].

Deyilənlərə görə, bir dəfə televiziyada onun yalan ölüm xəbəri yayılır. Bahadur Əliyev özü bu xəbəri eşidir və çox sarsılır [5].

Bahadur Əliyev 16 sentyabr 2002-ci ildə Sumqayıt şəhərində yolda infarkt keçirərək, vəfat edib [1].

Ədəbiyyat:

  1. https://modern.az/az/news/193071/ulduzu-sevenkolxoz-sedri-qedir-aktyorbahadur-eliyev-kim-idi
  2. https://medeniyyet.az/page/news/58895/Qedri-bilinmeyen-Qedir.html?lang=az
  3. https://oxu.az/society/529582
  4. http://old.xalqqazeti.com/az/news/culture/103913
  5. https://kulis.az/xeber/tarix/Oz-olum-xbrini-televiziyadan-esidn-10-usaq-atasi:-colorred%22Ulduz%22un-Qdiricolor-26436
Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,