SON XƏBƏRLƏR

Kəmalə Aydın qızı Abiyeva 13 iyul 1954-cü ildə Astara rayonunda ziyalı ailədə anadan olub. Onun valideynləri müəllim idi.

Bir müddət sonra Kəmalə xanımın ailəsi Bakıya köçüb. O, Bakıda 52 saylı şəhər orta məktəbində oxuyub. Abiyeva 1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsində təhsil alıb.

Kəmalə Abiyeva əmək fəaliyyətinə Abşeron rayonundakı Müşviq kənd orta məktəbində müəllim kimi işləməklə başlayıb. 1980-ci ildən isə o, Bakının Yasamal rayonundakı 31 saylı orta məktəbdə çalışıb.

Şairə bədii yaradıcılığa tələbəlik dövründən başlayıb. Abiyevanın ilk mətbuat şeiri oxuduğu institutun “Müəllim” qəzetində çap olunub. Daha sonra onun şeirləri “Bakı”, “Azərbaycan gəncləri“ qəzetlərində, həmçinin “Azərbaycan”, “Ulduz” jurnallarında və almanaxlarda dərc edilib. Onun “Yağış yağır bu şəhərə” və “Bu dünyanı nağıl bilək” şeirlər toplusu kütləvi tirajla buraxılıb [1].

1980-ci illərdə bəstəkar Oqtay Kazımi Kəmalə Abiyevanın şeirlərindən birinə mahnı yazıb [2].

1999-cu ildə Kəmalə Abiyeva “Məktəb illəri” mahnısının şeirini yazıb. Həmin zaman Əməkdar incəsənət xadimi Aygun Səmədzadə tərəfindən bu şeir tamamlanıb və ona mahnı bəstələnib [3].

Kəmalə Abiyeva 2003-cü ildə keçirilən “Nəğmələrin nəğməsi” müsabiqəsinin qalibi olub [1].

Ədəbiyyat:

  1. Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə). Bakı-2011.
  2. https://www.youtube.com/watch?v=TGDrvOdczbM
  3. https://azedu.az/az/news/3477-son-zenglerin-himni-mekteb-illeri-mahnisinin-maraqli-yaranma-tarixcesi-muellif-danisir-