SON XƏBƏRLƏR

31 dekabr 1989-cu ildə azərbaycanlılar tərəfindən SSRİ ilə İranın Azərbaycan ərazisindən keçən sərhəd çəpərləri götürülmüş və mühəndis-texniki qurğuları sökülmüşdür. Nəticədə Araz çayının hər iki tərəfində yaşayan azərbaycanlılar bir-birlərinə qovuşa bilmişlər.

16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Bu tarixdən həmin gün bayram kimi qeyd edilir. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq məqsədi ilə təsis edilib.