SON XƏBƏRLƏR

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə Bakıda, hökumətin iclasında qəbul edilib.

Bayraq həmin iclasın keçirildiyi indiki Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin binası üzərində qaldırılıb. Bu bayraq 1920-ci ilin aprelinə – Sovet Rusiyasının Azərbaycanı işğal etməsinə qədər dövlət rəmzi hesab edilib. Üçrəngli bayraq 3 may 1920-ci ildə Azərbaycan parlamentinin binası üzərindən endirilib.

AXC-nin üçrəngli bayrağı 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilib. 5 fevral 1991-ci ildə bu bayraq Azərbaycanın Dövlət Bayrağı kimi qəbul olunub.

17 noyabr 2009-cu ildə Prezident İlham Əliyev 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında qərar qəbul edib.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda