SON XƏBƏRLƏR

Ulu öndər Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.

Əliyev ilk öncə Naxçıvan Pedaqoji Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Dövlət Universitetində, Sankt-Peterburqdakı Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil alıb.

Heydər Əliyev 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə qəbul olunub. O, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində işləməyə başlayıb. Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunub. O, 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. Lakin 1987-ci ilin oktyabr ayında SSRİ hakimiyyətinə qarşı etiraz olaraq tutduğu vəzifədən istefa verib.

O, 3 sentyabr 1991-ci ildə Naxçıvan Ali Sovetinin sədri, 15 iyun 1993-cü ildə isə Azərbaycan Ali Sovetinin sədri seçilib.

Heydər Əliyev 1993 və 1998-ci illərdə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2003-cü ildə olan prezident seçkilərində iştirak etməsinə baxmayaraq, səhhəti ilə bağlı yaranan problemlərə görə namizədliyini geri götürməyə məcbur olub.

Heydər Əliyev 12 dekabr 2003-cü ildə ABŞ-nin Klivlend şəhərində xəstəxanada dünyasını dəyişib, dekabrın 15-də isə Bakıdakı Fəxri xiyabanda dəfn edilib.

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman