SON XƏBƏRLƏR

Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq, 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyata başladı. 44 gün davam edən müharibənin həlledici nəticəsi 8 noyabr tarixində Şuşanın azad olunması oldu. Həmin gün Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunan ərazilər sırasında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa olub. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata görə Ağdam, Kəlbəcər və Laçın rayonları Ermənistan tərəfindən Azərbaycana qaytarılıb.