SON XƏBƏRLƏR

Müstəqil Azərbaycanın ilk Konstitusiyası 12 noyabr 1995-ci ildə keçirilmiş referendum yolu ilə qəbul olunub. Həmin Konstitusiya ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və noyabrın 27-də qüvvəyə minib. Həmin Konstitusiya 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. 6 fevral 1996-cı ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 12 Noyabr – Konstitusiya günü elan edildi.

Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi, əsasən, SSRİ-nin tərkibində olduğu dövrə düşür. Sənəd 1921, 1927, 1937 və 1978-ci illərdə qəbul edilib. Həmin Konstitusiyalar SSRİ Konstitusiyasına uyğunlaşdırılaraq tərtib edilib.

Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə əlavə və dəyişikliklər edilib.