1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna sovet ordusu yeridilib. Sovet İttifaqının qoşun hissələri müxtəlif silahlardan istifadə edərək, dinc əhalini kütləvi şəkildə qətlə yetirib.
Sovet qoşunlarının törətdikləri vəhşiliklər nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə həbs edilib. SSRİ-nin orduları tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, həmçinin çox sayda dövlət əmlakı və şəxsi əmlak məhv edilib.
1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra mümkün olub.