SON XƏBƏRLƏR

Bəstəkar Oqtay Məmməd oğlu Kazımi 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olmuşdur.

Oqtay Kazıminin “Qaytar eşqimi”, “Həyat sən nə qəribəsən”, “Əlvida”, “Tarla qızları” və bir çox mahnıları xalq tərəfindən çox sevilir. Kazıminin mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev və digər müğənnilər ifa etmişlər. Bəstəkarın mahnıları uzun illər “Dan ulduzu” ansamblının repertuarında xüsusi yer almışdır.

Kazımi orta məktəbi Astarada bitirib, valideyinlərinin istəyi ilə Bakıda Tibb İnstitutuna daxil olub. Lakin, sənədlərini oradan göturərək, Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olmuşdur. Musiqi məktəbində oxuyarkən, “Bəxtəvər uşaqlar” adlı ilk mahnısını bəstələmişdir.

Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuşdur. 1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə Oqtay Kazımi “Eksperiment” estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filarmoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində, xalq-çalğı alətləri fakültəsində dərs demişdir.

1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi və 2006-cı ildə Azərbaycan Respublikasının xalq artisti adlarına layiq görülmüşdür. O, Azərbaycanda ilk rok operettanın müəllifidir. Bəstəkarın 16 simfonik, 10 vokal-xor simfonik, kamera-instrumental əsəri, 200-ə yaxın mahnısı və digər janrlarda xeyli sayda əsərləri vardır.

Oqtay Kazımi 9 avqust 2010-cu ildə Bakıda vəfat edib. 18 sentyabr 2020-ci ildə bəstəkar Oqtay Kazıminin xatirəsinin əbədiləşdirilməsi məqsədilə, Astara şəhərindəki Uşaq Musiqi Məktəbinə və Astara şəhərinin küçələrindən birinə onun adı verilmişdir.

Mənbələr:

  1. Kredo. 27 iyun 2019.
  2. Azərbaycan Milli Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu Azərbaycan musiqi tarixi. 4-cü cild. Bakı-2019.
  3. http://www.oqtaykazimi.az/index/
  4. http://atv.az/news/show/86982-bu-gun-bestekar-oqtay-kazimovun-dogum-gunudur
  5. https://www.youtube.com/watch?v=JMvhov3CKtM
  6. http://anl.az/down/meqale/medeniyyet/2010/avqust/130227.htm
  7. https://azertag.az/xeber/Astarada_taninmis_bestekar_Oqtay_Kaziminin_xatire_lovhesinin_achilisi_olub-1588883
  8. https://apa.az/az/xeber/incesenet-xeberleri/-195148

 

 

 

 

Deposit
Aktual

Masallı rayon sakinində narkotik və soyuq silah aşkarlanıb

Masallı rayon sakini Şirvan şəhərində saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri