SON XƏBƏRLƏR

Kinooperator Xan Yusif oğlu Babayev 22 mart 1919-cu ildə Lənkəran rayonunun Seyidəkəran kəndində anadan olub.

Özbək kinooperatoru Əhməd Şəmiyev ona fotoşəklini bağışlayıb və arxasında yazıb: “Hörmətli Xan! Sən operatorların Xanısan!”. Həmin fotoşəkil bu gün də Xanın şəxsi arxivində saxlanılır.

Xan Babayev Bakıda 48 saylı tam orta məktəbi bitirib. 1931-1937-ci illərdə Azərbaycan Dövlət Politexnikumunun elektronika fakültəsində oxuyub.1938-ci ildə Babayev Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsinə daxil olub. Lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar o, təhsilini dayandırıb.

Leytenant Babayev Sovet İttifaqı marşalı Konevin komandanlıq etdiyi qoşunların tərkibində vuruşub və ümumittifaq jurnalları üçün çox sayda kinosüjetlər çəkib. Xan Babayev Polşada, Macarıstanda, Almaniyada və başqa ölkələrin ərazilərində döyüşüb. Buna görə də o, “I dərəcəli Vətən müharibəsi”, iki dəfə “İgidliyə görə”, “Berlinin alınmasına görə”, “Praqanın azad olunmasına görə” və s. medallar və ordenlər ilə təltif olunub.

Müharibədən sonra o, təhsilini rus kinooperatoru, professor Boris Volçekin emalatxanasında davam etdirib.

Xan kinooperator Teyyub Axundovla 1947-ci ildə “Çağırışa cavab” və 1949-cu ildə “Yeni həyat qurucuları” kinolentlərini çəkib. Daha sonra “Bakının işıqları” tammetrajlı bədii filmində ikinci operator işləyib. O, 1950-ci ildə “Gədəbəyin sərvəti”, 1951-ci ildə “Respublika stadionu” və 1952-ci ildə “Neft kəşfiyyatçıları” sənədli filmlərini bir neçə başqa kinooperatorlar ilə çəkib.

1953-cü ildə Babayev və T.Axundov tərəfindən Azərbaycan kino tarixində ilk rəngli bədii-sənədli “Doğma xalqımıza” filmi çəkilib. Həmçinin kinorejissor Həbib İsmayılov Xan ilə “Ögey ana” və “Böyük dayaq” filmlərini çəkib.

Xan Babayev 1960-cı ildə “Qara Daşlar” kinopovestini, “Səadət və əmək mahnıları”, “Azərbaycan mədəniyyətinin baharı” tammetrajlı rəngli sənədli filmləri, həmçinin ittifaq və respublika kinojurnalları üçün yüzlərlə xronikal kinosüjetlər çəkib.

Xan Babayev 29 may 1967-ci ildə Bakıda vəfat edib.

Mənbələr:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. http://www.anl.az/down/meqale/medeniyyet/medeniyyet_avqust2009/88399.htm
  3. https://medeniyyet.az/page/news/3222/Kinooperatorlarin-Xani.html?lang=az
Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər