SON XƏBƏRLƏR

 

“Təndirkəsənlər” məhəlləsi Astara rayonunun Pensər kəndində yerləşir. Məhəllə, həmçinin “Təndirqoyanlar” məhəlləsi kimi də tanınır [2].

Məhəllə sakinlərinin əksəriyyəti təndir düzəltmək işi ilə məşğul olduqlarına görə, məhəllə bu cür adlandırılmışdır. Bu peşə kənddə nəsildən-nəslə ötürülür [3].

Burada hazırlanan təndirlərin digərlərindən fərqi nazik və yüngül olmasıdır. Təndir sarı gil və çay qumunun qarışığından yoğrulur və alınan materialdan düzəldilir. Birinci təndirin özəyi hazırlanır. Özək 15-20 sm hündürlükdə, 90 sm enində düzəldilir. Təndirin özəyini düzəltdikdən sonra 3-4 saat müddətində bərkiməyi üçün saxlanılır. Sonra 85 sm hündürlükdə təndir düzəldilir. Yayda bir ay ərzində təxminən 25-30, qışda isə 10-15 təndir düzəltmək mümkün olur. Təndirlərin istifadə müddəti ev şəraitində 6-7 il, təndirxanalarda isə 5-6 aydır.

Təndirin xüsusiyyətlərindən biri də odur ki, qalınlığı az olduğundan az odun tələb edir. Yerli sakinlərin sözlərinə görə, eni 1,2 metr, hündürlüyü isə 85 sm olan təndirdə, bir dəfəyə təxminən 30 çörək bişirmək mümkündür. Təndirdə bişirilən çörək, eləcə də balıq və toyuq ekoloji cəhətdən təmiz sayılır.

Burada hazırlanan təndirlər bir çox rayonlara, həmçinin Rusiyaya, Almaniyaya və digər ölkələrə də göndərilir [1].

Ədəbiyyat:

  1. https://sputnik.az/20170411/bu-kendde-hami-eyni-senetle-meshguldur-409752838.html
  2. https://www.youtube.com/watch?v=rvjZnxLyCmk&t=424s
  3. https://www.youtube.com/watch?v=7OB3G7IujZc

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az