SON XƏBƏRLƏR

Qapıçıməhəllə kəndinin karvansarayı Astara şəhərinin cənub-qərb hissəsində, Astara çayının kənarında yerləşirdi. Bu karvansarayın qalıqları əsasında onun VII əsrə aid olması müəyyən olunub [1].

İngilis səyyahı Antoni Cenkinson 1559-cu ildə Xəzər dənizi sahillərində olmuşdur. 1562-ci ildə isə Londona qayıdaraq öz səfəri haqqında “Rusiya-Tatarıstan təsviri” adlı əsərini nəşr etdirmişdir. O, həmin əsərdə Astara şəhərinin cənub-qərb hissəsində yerləşən Qapıçıməhəllə kəndinin ərazisində qədim tarixə malik karvansaray mövcud olduğunu qeyd etmişdir.

Karvansarayın ətrafında aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, burada qədim şəhər mövcud olub. Lakin qədim şəhər və karvansaray illər keçdikcə söküntüyə məruz qalıb. Onların kərpici və digər tikinti materialları sökülərək digər tikililər üçün istifadə olunmuşdur. Bu məlumat haqqında Səidəli Kazımbəyoğlu XIX əsrin əvvəllərində yazdığı “Cəvahirnameyi Lənkəran” əsərində qeyd etmişdir [2]. Qədim şəhərin qalıqları indi də orada yerləşir [1].

Karvansarayın ətrafında altı yeraltı ovdan (su saxlamaq üçün üstü tikili yeraltı hovuz), böyük məscid və arxa hissəsində qədim qəbiristanlıq mövcud idi [2].

Ədəbiyyat:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Əfqan Şəfiyev. Astara rayonunun tarixi-memarlıq abidələri. Bakı-2008.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az Foto Cenublu.az