SON XƏBƏRLƏR

Məşədi Abutalıb hamamı Astara rayonunun Pensər kəndinin Seyid Cəmaləddin Qaraxan küçəsində yerləşir. Hamam Məşədi Abutalıb təfərindən XIX əsrdə tikilmişdir.

Məşədi Abutalıb 1855-ci ildə Astara rayonunun Pensər kəndində anadan olub. O, XIX əsrin tanınmış tacirlərindən idi. Məşədi Cənubi Azərbaycandan kəndə hamamı tikmək üçün ustalar gətirmişdir. Hamamın tikintisində özü də iştirak edib.

Abidə 7-8 ay ərzində zirzəmi üstündə qırmızı kərpicdən tikilib. Tikintidə yumurta sarısı və kül qarışığından olan qarışıqdan istifadə edilib. Hamam iki hissədən ibarətdir. Giriş hissəsində, binanın ortasında hovuz var. Hamamın içi onun 10 günbəzindən düşən günəş işığı ilə işıqlanırdı. Zirzəmi hissəsində odun qalayaraq, hamamа və yuxarı otaqlara buxar gedərək qızırdı. Qadınlar buradan həftənin tək günləri, kişilər isə cüt günləri istifadə edirdilər.

Ötən əsrin sonlarına kimi fəaliyyət göstərən hamama, 2001-ci ildə tarixi abidə statusu verilib.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub Bölgəsinin abidələr ensiklopediyası. 2-ci nəşr, Bakı-2020 s. 228-229
  2. https://www.youtube.com/watch?v=VTJ7u-T7pMI
  3. https://m.sputnik.az/culture/20160620/405762006.html
  4. https://azertag.az/xeber/Astarada_tarixi_abide_kimi_qorunan_hamamlarin_berpa_ve_esasli_temirine_ciddi_ehtiyac_vardir-830960
  5. https://metbuat.az/news/32599/astarada-tarixi-abide-kimi-qorunan-hamamlarin-berpa-ve-esasl.html