SON XƏBƏRLƏR

Dünyanın ən böyük təndiri Astara şəhərində, Xəzər dənizinin sahilində, park-bulvar kompleksinin ərazisində yerləşir. Konstruksiya 2015-ci ildə inşa edilib [1]. Tikili Ginnesin rekordlar kitabına düşüb [2].

Onun hündürlüyü 6,5, eni isə 12 metrdir. Obyektin tikintisində kərpic və daş əvəzinə, əsasən, yüngül metal konstruksiyalardan istifadə edilib.

Təndirin içəri hissəsi üç bölmədən ibarətdir. Orada talış mətbəxinin yeməkləri hazırlanır və çörək bişirilir [1].

Cənub bölgəsi sakinlərinin əksəriyyəti təndir düzəltmək işi ilə məşğul olur və bu peşə nəsillikcə ötürülür. Bu iş, əsasən, Astara rayonunda geniş yayılıb, hətta rayonun Pensər kəndində “Təndirkəsənlər” məhəlləsi də mövcuddur. Kənddə hazırlanan təndirlər bir çox rayonlara, həmçinin Rusiyaya, Almaniyaya və digər ölkələrə göndərilir [3].

Ədəbiyyat:

  1. https://azertag.az/xeber/Dunyanin_en_boyuk_tendiri_Astarada_insa_olunur-884363
  2. https://kaspi.az/az/qedim-astaranin-yeni-simasi-fotolar
  3. https://sputnik.az/20170411/bu-kendde-hami-eyni-senetle-meshguldur-409752838.html
Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.