SON XƏBƏRLƏR

Həmid Şabanoğlunun evi Astara rayonunun Pensər kəndində yerləşir. Bu ev 1878-ci ildə inşa edilib [1].

Astaranın xan nəslindən olan Həmid Şabanoğlu Cənub bölgəsinin tanınmış, imkanlı şəxslərindən biri olub. O, həmçinin xeyriyyəçi kimi də tanınıb. Həmid Şabanoğlu, eyni zamanda yerli əhalini bir çox məqamlarda müdafiə edib. Bu isə onunla rusların və ermənilərin arasında münaqişələrin yaranmasına səbəb olub. Bu ev Həmid Şabanoğlunun ölümündən sonra iki dəfə talan edilərək yandırılıb [2].

Ev sonradan bərpa edilib. 1920-ci illərdə kənddəki rus-tatar məktəbi iki ilə yaxın bu evdə fəaliyyət göstərib [3].

Həmid Şabanoğlunun evi 1950-ci illərdə Astarada bir çox kəndləri yuyub aparan seldən qurtula bilib. Ev sakini Bəhruz Şabanov bu tikilinin möhkəm olmasını bu cür izah edib: “…10-15 kərpic yerin altındadır, bünövrəsi çox möhkəmdir. Divarların qalınlığı yuxarı hissədə 80 sm, aşağıda isə 1 metr 20 santimetrdir.”

Ev düzbucaqlı formadadır və qırmızı kərpicdən inşa olunub. Bu tikilinin pəncərələri və qapıları göy rəngdədir və taxtadan hazırlanıb.

Həmid Şabanoğlunun tüfəngi, xəncəri, sandığı və şəxsi əşyaları bu günədək həmin evdə qorunur [2].

Ədəbiyyat:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. https://www.youtube.com/watch?v=r1rfTNGPmco&t=34s
  3. https://sputnik.az/20200326/Hac-Osmann-onu-yada-salmayan-yadigar-yz-on-skkiz-yal-binann-maraql-karmas-423391433.html

Həmid Şabanoğlunun evi
Həmid Şabanoğlunun evi
Həmid Şabanoğlunun evi
Həmid Şabanoğlunun evi
Həmid Şabanoğlunun evi Həmid Şabanoğlunun evi Həmid Şabanoğlunun evi Həmid Şabanoğlunun evi