SON XƏBƏRLƏR

Məhəmməd Hənəfiyyə məscidi Astara rayonunun Ərçivan kəndinin qəbristanlığında yerləşir. Məscidin 500-dən çox yaşı var. Kənd sakinlərinin dediyinə görə, məscidin əsası 1499-cu ildə qoyulub. Bu məscid qiblə tərəfə yox, əks istiqamətdə qazılıb.

Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 1499-ci ilin avqust ayında Şirvana yürüşü zamanı Astaradan keçərkən bu məsciddə namaz qılıb. O, tərəfdarları ilə Astaranın Ərçivan kəndinə gələrək, 1499-1500-cü ilin qışını burada keçirib.

Sovetlər dövründə məscid anbar kimi, hal-hazırda məscidin axundunun otağı isə kitabxana kimi istifadə olunub. Məscidin ərazisində yerləşən Hüseyniyyə binası (şiə xatırlama mərasimləri ilə bağlı camaat salonu) anbar, kitabxana və idarə kimi istifadə olunub. 

Məhəmməd Hənəfiyyə məscidinin divarları bişmiş kərpiclə hörülüb. Döşəməsi qırmızı kərpic, tavanı isə taxtadandır. Məscidin mehrabı (namaz qılarkən insanların məsciddə üzlərini çevirdikləri oyuq yer) sadə formaya malikdir, hündürlüyü isə 3 metrdir. Minbəri taxtadandır və yeddipilləlidir. Minbər 1984-1985-ci illərdə düzəldilib.

1990-cı ildə məsciddə bərpa işlərindən sonra, məscid və Hüseyniyyə binası yenidən fəaliyyətə başlayıb. Məscid qadınlar və kişilər üçün nəzərdə tutulan şöbələrdən ibarətdir. Qadınlar şöbəsi iki mərtəbəlidir və ayrıca giriş qapısı var. 

 

Foto Cenublu.az

Foto Cenublu.az

Mənbələr:

  1. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası
  2. Cənub bolgəsinin abidələri ensiklopediyası 
  3. https://cenub.arbtv.az/index.php?/az/news/399
  4. https://spacetv.az/az%C9%99rbaycanin-%C9%99n-q%C9%99dim-m%C9%99scidl%C9%99rind%C9%99n-biri-d%C9%99-astarada-yerl%C9%99sir/

 

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər