SON XƏBƏRLƏR

 

“Ağ körpü” Astara-Bakı şosse yolunun 15 km qərbində, Astara rayonunun Sipiyəpart kəndində yerləşir. Bu körpünün XVI-XVII əsrlərə aid olduğu ehtimal olunur. Körpunü yerli əhali “Sipiyəpard” adlandırır, talış dilindən tərcümədə “sipiyə”-ağ, “pard”(part)-körpü deməkdir.

Əfsanəyə görə, körpünü Səfəvi hökmdarı I Şah Abbasın inşa etdirdiyi deyilir. Bir gün Şah Abbas ov etmək üçün bu əraziyə gəlir. Həmin ərazidə çay dərəsindən keçib getməli olur. Şah bir müddət sonra geriyə qayıdarkən, yenə yolu həmin yerdən düşür. O, burada tağlı, təzə bir körpü görür və çox təəcüblənir. Şah körpünü çayın sahilində yaşayan bir qadının inşa etdirdiyini öyrənir. Qoca qadın satdığı yumurtaların puluna yerli ustalara bu körpünü tikdirmişdi.

Bunu eşidən şah qəzəblənir, körpüdən keçməyi öz qüruruna sığışdırmır və ardınca gələnlərə əmr edir ki, heç kim bu körpüdən keçməsin. Şah sarayına çatan kimi həmin ərazidə qoca qadının tikdirdiyi körpüdən daha möhtəşəm, yeni tağlı körpünün inşasına əmr verir.

Həmin gündən hökmdarın yolu bu tərəflərə düşəndə öz əmri ilə inşa edilmiş “Sipiyə pard”-dan, yəni “Ağ körpü”-dən istifadə edərmiş.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. http://qedim.blogspot.com/2015/05/tariximizin-nisanlri-etnoqrafiq.html
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az