SON XƏBƏRLƏR

Bəşərü çayı Astara və Lənkəran rayonlarının ərazisindən axır.

Toponim talış dilində olan “bəş” (qol) və “ru” (çay) sözlərinin birləşməsindən yaranıb, “çay qolu” mənasını daşıyır [2]. Lakin yazıçılar Budaq Budaqov və Nadir Məmmədovun fikirlərinə əsasən, toponim talış dilindəki “beşə” və ya “bişə” (meşə), “ru” (çay) hissələrindən ibarətdir, yəni bu ad “meşə çayı” anlamını verir [3].

Bəşərü çayı bəzi mənbələrdə “Vəşəru” adı altında qeyd edilir [1,4]. “Vəşəru” sözündəki “vəşə” fars dilində şahin quşunun bir növü kimi izah olunur [1].

Bəşərü Lənkərançayın sol qolu hesab edilir [5]. Çay mənbəyini Talış silsiləsinin 1800 metr yüksəklikdə olan Madəsığ (ölü daş) zirvəsindən götürür [5,2]. Aşağı axını Lənkəran rayonunun Mikolan kəndi ətrafında Lənkərançaya qovuşur. Bəşərü çayından gələn suyun bir hissəsi Xanbulançay su anbarına axıdılır [2].

Çayın uzunluğu 38 km-dir, illik axınının 72 faizini yağış, 23 faizini yeraltı, 5 faizini isə qar suları təşkil edir [5].

Ədəbiyyat:

  1. Списки населенных мест Российской империи. Бакинская губерния. Тифлис-1870.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı-2007.
  3. Budaq Budaqov, Nadir Məmmədov. Azərbaycan Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı-2008.
  4. Azərbaycan milli ensiklopediyası. Bakı-2007.
  5. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,