SON XƏBƏRLƏR

Sım kəndi Astara rayonundan 45 km şimal-qərbdə yerləşir. Arxeoloq Elnur İmanovun  AZƏRTAC-a verdiyi məlumata görə, bu kənddə daşlar üzərində qədim təsvirlər aşkarlanıb.

Elnur İmanovun sözlərinə görə: “Sım təsvirləri Üte, Rəvənux, Seyid Əli və sair ərazilərdə aşkar olunub. Sal daşlar üzərində müxtəlif işarələr, insan təsvirləri, zoomorf rəsmlər, yalaqlar, oyuqlar aşkarlanıb. Təsvirlər qədim insanların adət-ənənələrini, onların məişətini, təsərrüfatını, mədəniyyətini və dünyagörüşünü özündə əks etdirir. Bu baxımdan yeni aşkar olunmuş Sım qayaüstü təsvirlərini qiymətli maddi-mədəniyyət nümunələri hesab etmək olar”.

Arxeoloqun dediyinə görə, qədim rəsmlər daş və qayalara sərt alətlə cızma və oyma üsulu ilə həkk edilib. Sım kəndində olan təsvirlərin əsası heyvan rəsmləri təşkil edir. Rəvənux ərazisindəki mağarada iribuynuzlu heyvan rəsmi aşkar edilib. Bu rəsmdə, iri buynuzlar tək xətlə, realist üslubda həkk edilib.

Sım kəndinin yaranma tarixi təxmini IX-X əsrlərə aid edilir. Lakin, arxeoloji qazıntılar nətıcəsində burada yaşayışın eramızdan əvvələ aid olduğu bilinir. Buna sübut ərazidə xeyli sayda qədim daş qutu qəbirlərin, kurqanların, nekropolların, təbii mağaraların, yaşayış yerlərinin mövcud olmasıdır.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər