SON XƏBƏRLƏR

Pəlikəş kəndi Astara şəhərindən təxminən 30 km. aralıda yerləşir.

Pəlikəş toponimi talış dilindən tərcümədə “pəl” (əyribel), “i” (birləşdirici sait) və “kəş” (qol) sözlərindən düzəlib, “dağın çıxıntısı” mənasını verir [4]. Bəzi mənbələrə görə isə, “pəli” Azərbaycan dilindəki “pələng” sözünün talışca tələffüz forması və “keş” və ya “kəs” (iki yamac arasındakı dərədən axan kiçik çay) sözlərindən ibarətdir, yəni kəndin adı “pələng çayı” mənasını daşıyır [3].

Yerli sakinlərin sözlərinə görə, ərazinin “Sefəsə” adlanan yerində qədim zamanlarda bir karvansaray olub. Həmin karvansaray keçmiş sərhəd postunun yanında yerləşirdi.

Kəndin ərazisində XIII əsrə aid edilən Piyəjenəpard körpüsü və XIX əsrə aid edilən su dəyirmanı var [2].

Pəlikəş qəbiristanlığında əslən iranlı Molla Mərufun ziyarətgahı yerləşir. O, 1910-cu ildə 105 yaşında vəfat edib və burada dəfn olunub [1].

2009-cu ilin statistik göstəricilərinə əsasən, Pəlikəş kəndində 1326 nəfər yaşayıb [5].

Ədəbiyyat:

  1. Gülnar Əsədli. Nura qərq olunmuş Astaram. Bakı-2004.
  2. Əfqan Şəfiyev. Astara rayonunun tarixi-memarlıq abidələri. Bakı-2008.
  3. B.Ə.Budaqov, N.G.Məmmədov. Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı-2008.
  4. Musarza Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. Bakı-1993.
  5. Azərbaycan Respublikası əhalisinin siyahiyaalınması 2009-cu il. I cild. Bakı-2010.

 

Photo Cenublu.az
Photo Cenublu.az
Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon