SON XƏBƏRLƏR

 Maşxan kəndi Astara şəhərindən 14 km məsafədə yerləşir. Yerli sakinlərin sözlərinə görə, kəndin yaranması təxminən II-IV əsrlərə aid edilir. Bu kəndi, həmçinin “Şeyxlər diyarı”-da adlandırırlar.

 Kəndin ilkin adı “Maxçeyxan” idi. Talış dilidən “max” (dayanacaq, düşərgə), “şeyx” (dini rütbə), “an” (məkan bildirən şəkilçi), yəni kəndin adı “şeyxlərin düşərgəsi” mənasını verir.

 Hələ XIII əsrin sonları – XIV əsrin əvvəllərində Astaranın Maşxan kəndində pul sikkə (qədim qəpik) zərbxanası (qəpiklər istehsal edilən tikili) mövcud olmuşdur. 2003-cü ilin yazında Maşxan kəndində torpaq işləri zamanı Atabəylər dövlətinə məxsus, XII əsrə aid edilən 28 ədəd mis sikkədən ibarət dəfinə aşkar edilib.

Bu kəndin qədimliyini sübut edən bir neçə tarixi abidələr var: tunc dövrünə aid Baba Hümmət kurqanı, XIV-XVII əsrə aid Maşxan qədim yaşayış yeri, 1472-ci ilə aid Əhməd ibn Kərim Türbəsi və orta əsrlərə aid köhnə qəbiristanlıq.

Maşxan kəndinin yuxarı və aşağı məhəllə adlanan iki əsas məhəlləsi, həmçinin dağlılar adlanan məhəlləsi var. Dağlılar məhəlləsinin bu cür adlandırılması, buraya dağ ərazisində yerləşən kəndlərdən köçən insanlar ilə bağlıdır.

Kənddə 1980-1990-cı illərdə əhalinin sayı təxminən 1500 nəfər idi, hazırda isə təxminən 2500 nəfər təşkil edir. Yerli əhalinin əsas məşğuliyyəti tərəvəzçilikdir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub Bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Bakı universitetinin xəbərləri. Humanitar elmlər seriyası. №3 2011.
  3. Budaq Budaqov, Nadir Məmmədov. Azərbaycan Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı-2008.
  4. Komponent 2. Mədəni İrsin İdarəolunmasında İnstitusional İnkişaf. Regional Mədəniyyət və Turizm İdarələrinin İnteqrasiyalı İdarəetmə Planı. Lənkəran.
  5. http://astara-ih.gov.az/page/11.html
  6. https://www.youtube.com/watch?v=VMvKduR91zg
  7. https://www.youtube.com/watch?v=h3AY4cVjupw 
Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər