SON XƏBƏRLƏR

“Zabitlər evi” Lənkəran şəhərinin Müzəffər Nəsirli küçəsində, “Qala çəmən” adlanan ərazisində, Heydər Əliyev parkının yanında yerləşir [1,5,7]. Bu bina 1955-ci ildə inşa edilib.

“Zabitlər evi” yarandığı gündən hərbi-ideoloji işlərin, mədəni kütləvi tədbirlərin həyata keçirildiyi məkan olub [3]. Bundan əlavə, burada müxtəlif dərnəklər, kompüter klubu, kinoteatr fəaliyyət göstərirdi və gitara dərsləri keçirilirdi [4].

SSRİ dövründə bu binada Rəşid Behbutov, Zeynəb Xanlarova, Polad Bülbüloğlu, Alla Puqaçova və digərləri konsert veriblər [3].

Bina üç mərtəbədən ibarətdir və boz rəngə boyanıb. Tikilinin fasadında 6 böyük sütun var. “Zabitlər evi”nin ön tərəfində 12 pəncərə və 3 qapı mövcuddur. Binanın damı dəmir təbəqə ilə örtülüb [2].

2015-ci ildə burada general Həzi Aslanovun ölümünün 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə generalın müharibədəki döyüş yolundan bəhs edən “Sizi dünyalar qədər sevirdim” filminin nümayişi olub [6].

“Zabitlər evi” adlanan tikili 2020-ci ilin dekabrında Lənkəran Əmlak komitəsi tərəfindən hərraca çıxarılıb [2]. Bina alındıqdan sonra burada “Dosa mall” tikmək nəzərdə tutulub. Hazırda ərazidə tikinti işləri aparılır [7].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. https://anews.az/az/lenkeranda-zabitler-evi-skulmeyecek-binani-alan-is-adami-danisdi-zelz/
  3. Hərbi bilik. №2. 2016.
  4. https://balali.livejournal.com/203803.html
  5. https://kataloq.gomap.az/ru/all-poi/culture/concern-club/8fabb0dcd56611e0ad4900226424597d
  6. https://vestikavkaza.ru/news/Lenkorantsy-pochtili-pamyat-dvazhdy-geroya-Sovetskogo-Soyuza-Azi-Aslanova.html
  7. https://cenublu.az/sizi-maraqlandiran/lankaran-dosa-mallun-son-goruntusu-taqdim-olunub/