SON XƏBƏRLƏR

Alaşa kəndi Astara şəhərindən 10 km cənub-qərb istiqamətində yerləşir. Kənd yerli əhali tərəfindən “Ələşo” adlandırılır [1].

Kənd sakinlərinin dediklərinə əsasən, kəndin “alaşa” adlandırılması Əli şah adlı hökmdarla bağlıdır [1]. Toponimin bir neçə mənası mövcuddur. Bir versiyaya görə, “alaşa” sözü qədim türk dillərində “at”, “köçəri həyata alışmış heyvan” və ya “coşan, harın, inadkar” anlamını verir [9]. Yaşayış məntəqəsinin adının bir hissəsi olan “ala” sözü türk dillərindən tərcümədə “böyük” deməkdir, “şa” isə talış dilində “həyat” sözünün qədim variantıdır, yəni coğrafi ad “böyük həyat” anlamını verir [3].

1870-ci ilə aid mənbədə kəndin “Alaşa” adlandırılması haqqında məlumat verilib. Həmin məlumata əsasən, kəndin adı rus dilində olan “лошадь” (at) sözü ilə əlaqəlidir. Buna səbəb isə Rusiya imperatoru I Pyotrun 1722-1723-cü illərdə Xəzəryanı bölgələrə hərbi yürüşü zamanı onun ordusunun bu kənddə çox sayda atlarını saxlamasıdır [2].

Tarixçi Mirzə Əhməd Mirzə Xudaverdi оğlu tərəfindən fars dilində yazılmış “Əxbarnamə” əsərində bu kənd haqqında məlumat verilib [7].

Bu kənddə bir neçə tarixi abidə var: tunc dövrünə aid kurqanlar, orta əsrlərə aid Alaşa qalası və s. [5]. Bundan əlavə, kəndin ərazisində müalicəvi bulaqlar da mövcuddur [2].

Əhali, əsasən, sitrusçuluq, əkinçilik və maldarlıqla məşğuldur [8].

1915-ci ilə aid olan siyahıyaalınma məlumatına əsasən, Alaşa kəndində 270 nəfərin yaşadığı qeyd olunub [6]. 2009-cu ilin statistik göstəricilərinə əsasən, bu kənddə 435 nəfər yaşayıb [4].

Ədəbiyyat: 

  1. Musarza Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. Bakı-1993.
  2. Списки населенных мест Российской империи. Бакинская губерния. Тифлис-1870.
  3. Budaq Budaqov, Nadir Məmmədov. Azərbaycan Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı-2008.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010.
  5. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  6. Кавказский календарь на 1915 год. Тифлис-1914.
  7. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. Əxbarnamə 1855. Bakı-2009.
  8. http://www.astara-ih.gov.az/az/news/443.html
  9. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı-2007.

Alaşa kəndi
Alaşa kəndi
Alaşa kəndi
Alaşa kəndi Alaşa kəndi Alaşa kəndi