SON XƏBƏRLƏR

Muzey Astara şəhərində R. Axundov küçəsi 2-də yerləşir. Bu muzey 4 yanvar 1980-ci ildə yaradılıb.

Astara Tarix-Diyarşünaslıq muzeyi bir ekspo­zi­si­ya şö­bə­sindən iba­rət­dir və 6 zal­da yer­ləş­di­ril­ən böl­mə­lə­ri əha­tə edir. Bu­ra­da tə­bi­ət, qə­dim və or­ta əsrlər, mə­i­şət və et­noq­ra­fi­ya, Azər­bay­can De­mok­ra­tik Cum­hu­riy­yə­ti, in­qi­lab, mü­ha­ri­bə, mü­a­sir dövr böl­mə­ləri möv­cud­dur.

Muzeyin ən qədim eksponatları Astaranın Hamoşam kəndində tapılan, ya­şı 2000 il­dən artıq olan qa­dın və ki­şi daş hey­kəl­lə­ridir. Bu daş heykəllərin 2000 ildən çox yaşı olması barədə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət institutunun mütəxəssisləri muzeyə rəsmi rəy təqdim ediblər.

Mu­ze­yin əsas fon­dun­da era­mız­dan əv­vəl II-III əsrə aid edilən mü­da­fiə və dö­yüş si­lah­la­rı, qı­lınclar, oxlar, bı­çaqlar, dö­yüş bal­ta­la­rı, bə­zək əş­ya­la­rı və bir çox ta­ri­xi ekspo­nat­lar mü­ha­fi­zə olu­nur. Həmçinin keç­miş­də xalq şən­lik­lə­rin­də is­ti­fa­də edi­lən qə­dim mü­si­qi alət­lə­ri də nü­ma­yiş olu­nur.

Bu muzeyin ekspozisiyasında 2038 ədəd tarixi eksponat nümayiş olunur. Muzeyin əsas fondu isə 7839 ədəd eksponat təşkil edir. Əsas ekspo­nat ba­za­sı et­noq­raf Əsa­dul­la İma­mə­li­ye­vin As­ta­ra şə­hə­ri­nin mər­kə­zin­də təş­kil et­di­yi ki­çik mu­ze­yin əş­ya­la­rı olub.

Mənbələr:

  1. Əfqan-Cövhər Şəfiyev. Astara Tarix-Diyarşünaslıq muzeyi. Bakı-2009.
  2. http://www.anl.az/down/meqale/baki_xeber/2016/senty
  3. https://www.youtube.com/watch?v=raiSvISxJ0A
  4. https://www.youtube.com/watch?v=_nzpJpLZKTU
  5. https://museum.az/az/museum/98abr/508198.htm
  6. http://lankaran.mctgov.az/az/view/360/30/Astara-rayon-Tarix-diyarsunasliq-Muzeyi