Bu gün Azərbaycanda Radio və Televiziya İşçilərinin Peşə Bayramı günüdür. 6 noyabr 1926-cı ildə Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı.
Azərbaycan Televiziyası isə 1956-cı ildən fəaliyyət göstərir. 1973-cü ildən başlayaraq əvvəlcə paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb.