SON XƏBƏRLƏR

Cəlilabad Tarix-Diyarşünaslıq muzeyi Cəlilabad şəhərində, Heydər Əliyev prospekti, 269-da yerləşir. Muzey 1981-ci ildə yaradılıb [4].

Tarix Diyarşünaslıq muzeyi 7 bölmədən ibarətdir: təbiət, antik dövr, kənd təsərrüfatı, hərbi dövr, etnoqrafik, tunc dövrü bölmələri, həmçinin açıq səma altında muzey [4]. Muzey binası bir mərtəbədən ibarətdir [4].

Cəlilabad Tarix-Diyarşünaslıq muzeyində 5000-ə qədər eksponat qorunur. Onların sırasında məişət əşyaları, küplər, qədim xəncərlər, silahlar və s. əşyaları qeyd etmək olar [1]. Buradakı əşyaların əksəriyyəti yerli əhali tərəfindən tapılaraq, muzeyə təhvil verilib [5]. Eksponatların, əsasən, 8-10 min il yaşı var.

Tarix-Diyarşünaslıq muzeyinin ən qədim eksponatları e.ə. VII-V minilliyə aid mərmər qab, qəssab aləti və e.ə. IV-II minilliyə aid şamdandır. Muzeydə Şatırlı kəndi ərazisində tapılan küp qəbir saxlanılır. Onun içərisində qadın dişləri, boyunbağı və digər bəzək əşyaları basdırılıb. Burada, həmçinin Cəlilabadın Adnalı kəndində aşkarlanan e.ə. VII-V əsrlərə aid bəzək əşyası və boyunbağı, e.ə. V-IV əsrlərə aid sapand, Uzuntəpə kəndində tapılan XII əsrə aid 272 mis sikkə saxlanılır [1]. Muzeyin həyətində Cəlilabad rayonunun tarixini əks etdirən daş eksponatlar da sərgilənir [3].

2010-cu ildə muzey əsaslı şəkildə təmir edilib [4].

Azərbaycan Respublikası Cəlilabad rayon İcra Hakimiyyətinin 2021-ci ilə aid verdiyi məlumata görə, Cəlilabad Tarix-Diyarşünaslıq muzeyini il ərzində 8240 nəfər ziyarət edib. Bundan əlavə, muzeyə il ərzində 33 eksponat hədiyyə edilib [6].

Ədəbiyyat:

  1. https://sputnik.az/20161115/arxeoloq-qebir-muzey-eksponat-407706673.html
  2. https://museum.az/az/museum/91
  3. https://azertag.az/xeber/CALILABADDA_TARIX_DIYARSUNASLIQ_MUZEYI_FAALIYYATA_BASLAMISDIR-477029
  4. http://celilabad-ih.gov.az/az/news/343.html
  5. https://www.youtube.com/watch?v=brRd0D07dwc
  6. http://celilabad-ih.gov.az/az/medeniyyet.html

Cəlilabad Tarix-Diyarşünaslıq muzeyi
Cəlilabad Tarix-Diyarşünaslıq muzeyi
Cəlilabad Tarix-Diyarşünaslıq muzeyi
Cəlilabad Tarix-Diyarşünaslıq muzeyi Cəlilabad Tarix-Diyarşünaslıq muzeyi Cəlilabad Tarix-Diyarşünaslıq muzeyi