SON XƏBƏRLƏR

Şixakəran kənd məscidi Lənkəran rayonunun Şixakəran kəndinin ərazisində yerləşir. İbadətgahın inşa tarixi XVII əsrin sonlarına aid edilir [1].

İbadət evi düzbucaqlı formadadır və kərpicdən inşa edilib. Məscidin tavanı taxtadandır  və üç sütun üzərində dayanır. İbadətgahın damı qırmızı dəmir təbəqə ilə örtülüb. İbadət evinin pəncərələri və qapıları tağvari formadadır. Məscid iki hissəyə bölünür: qadınlar və kişilər şöbəsi [1].

Sovet dövründə ibadətgah sökülərək forması dəyişdirilib və məktəb binası kimi istifadə olunub. Daha sonra isə məscid idarə və anbar kimi fəaliyyət gostərib [2].

1976 və 1988-ci illərdə ibadət evində təmir işləri aparılıb. Əvvəllər məscidin günbəzi olmayıb, lakin 2013-cü ildə ibadətgahın sol tərəfində 15 metr hündürlüyündə olan günbəz inşa edilib [1].

Ədəbiyyat:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlər ensiklopediyası. Bakı-2001.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az