SON XƏBƏRLƏR

 

Böyük bazar məscidi Lənkəran şəhərinin mərkəzində, Həsənağa Abdullazadə (keçmiş Hacılar küçəsi 18) küçəsində yerləşir [3]. İbadətgah 1864-cü ildə yerli əhalinin və xeyriyyəçilərin vəsaiti ilə tikilib. İbadət evi, həmçinin Həzrət Əli məscidi kimi də tanınır [1].

Məscid düzbucaqlı formadadır və tutumu 550 nəfər təşkil edir. İbadətgah əsas və yardımçı binalardan ibarətdir. İbadət evinin giriş qapısında ərəbcə “La ilahə illəllah” sözləri yazılıb. Məscidin minarəsi kərpicdən tikilib və hündürlüyü 36 metrdir [2].

İbadətgahın 1929-cu ilədək altı təkyəsi (təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yer) olmuşdur. Həmin təkyələrə onu inşa edən şəxslərin adları verilib. 1930-cu illərdə bu təkyələr dağıdılmışdır. Onlardan yalnız biri, Hacı Hacıağa Əkbərovun təkyəsi bu günə kimi qorunub saxlanılıb [1].

Məscid 1938-1980-ci illərdə çörək zavodu, 1980-1990-cı illərdə isə rəsm qalereyası kimi istifadə edilib. İbadət evi, həmçinin bir müddət anbar və kitabxana kimi də fəaliyyət göstərib. Buna baxmayaraq, onun ilkin görünüşü bu günədək qorunub.

İbadətgah 1995-1997-ci illərdə bərpa edilmişdir. Məscidin sovet dövründə dağıdılmış minarəsi 1995-ci ildə usta Hacı Ağamirzə Mirzəyev tərəfindən yenidən tikilmişdir [2].

Ədəbiyyat: 

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. https://kataloq.gomap.az/az/all-poi/culture/mosque/fe0a02ded47645a18744700e5629179f

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az
Lənkəranda oğurluq
Aktual

Lənkəranda silsilə oğurluqlar edən rayon sakini saxlanılıb

Silsilə oğurluqlar edən Lənkəran sakini saxlanılıb. Bu haqda məlumat DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 6 iyun tarixində verilib. Belə ki, Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən