SON XƏBƏRLƏR

Tofiq Eynəli oğlu Şahbazov 9 avqust 1941-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olub [1]. O, Tofiq İlham təxəllüsü ilə tanınır.

Şahbazov Qızılavar kənd məktəbində təhsil alıb. Lakin o, dördüncü sinifdə oxuyarkən gözündən əlil olduğundan, təhsilini internatda davam etdirib [2]. Tofiq Şahbazov 1963-1968-ci illərdə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuyub.

Yazıçı əmək fəaliyyətinə Masallı rayonunun Qızılavar kəndində başlayıb. O, burada 32 il müəllim kimi çalışıb [3].

Ədəbi yaradıcılığa şair 14-15 yaşlarından başlayıb. O, şeirlərini Azərbayan və talış dillərində yazırdı. Tofiq Şahbazovun ilk şeirlər toplusu “Kafte” (Göyərçin) adlanır. Bundan əlavə, o, “Qızılgül”, “İki xoruz”, “Kərbəladan gələn səslər”, “Kitabların anası”, “Xəzinələrin açarı”, “Əz toloşim” kitablarının müəllifidir [2]. Şairin bir çox şeirlərinə musiqilər bəstələnib.

Tofiq İlham 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Həmin il o, Respublika əlillərinin bədii yaradıcılıq müsabiqəsinin laureatı olub.

Tofiq Şahbazov 30 may 2000-ci ildə vəfat edib [1].

Ədəbiyyat:

  1. Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Bakı-2004.
  2. https://masallida.az/18-qizilavar.html
  3. AMBUR qəzeti. №3 (03). 20 sentyabr 2018.
Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda