SON XƏBƏRLƏR

Basketbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları bəlli olub. Bu haqda bu gün, 24 mart tarixində Cenublu.az xəbər verir.

Sərhədçi İdman Mərkəzində keçirilən matçda “Zirvə Astara” və “NTD BK” qarşılaşıb. Qızğın mübarizənin getdiyi matçda “NTD BK” qələbə qazanıb. Oyun 104:103 hesabı ilə Bakı təmsilçisinin xeyrinə başa çatıb.

Görüşün ən məhsuldar basketbolçuları NTD-də Londel Kinq (19 xal, 15 ribaund), “Zirvə Astara”da isə Ruşard Kruikşenk (51 xal, 9 ribaund) olublar.