SON XƏBƏRLƏR

Basketbol liqasında Astaranı təmsil edən “Zirvə Astara” növbəti qarşılaşmasına çıxacaq. Bu haqda bu gün, 13 dekabr tarixində Cenublu.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir.

Turnirin 10-cu turunda komandamız NTD BK ilə qarşılaşacaq. Oyun 18 dekabr saat 15:00-da Astara Olimpiya İdman Kompleksində baş tutacaq.

Qeyd edək ki, Zirvə Astara 9 oyundan sonra 10 xal toplayıb və liderlər arasındakı fərq 7 xal təşkil edir.